SOSİUM

07 Aprel

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Bu barədə Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq aprelin 6-də əfv sərəncamı imzalayıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 176 nəfər əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.