SOSİUM

07 Aprel

Yağış, qar – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 08-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz  cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz 9-11° isti,

Bakıda  gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 75-85 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-11° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz  3-6° isti  olacaq.