Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov yeni vəzifəyə təyin olunub.
İ.Kərimov açıqlamasında məlumatı təsdiqləyib.
Belə ki, BŞİH-in başçısı Eldar Əzizovun müvafiq əmri ilə İ.Kərimov İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin edilib.
E.Əzizovun digər əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsi isə Mətin Adil oğlu Hüseynova həvalə olunub.
©Report