SOSİUM

06 Fevral

Nazirlik qanunsuz yolla meşə materialı daşıyan şəxsi cərimələdi

Lerikdə qanunsuz yolla əldə edilmiş meşə materialı daşıyan şəxs cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə nazirliyə məlumat daxil olub.

Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində "QAZEL" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib.

Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.