SOSİUM

06 Fevral

Bakıda 18 dərəcə isti, rayonlarda yağış, qar – SABAHIN HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb  küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz  14-18, Bakıda  gecə 6-8, gündüz  16-18 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-45 faiz olacaq.  

Azərbaycanın rayonlarında

         Fevralın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə  3-8, gündüz  16-21 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 07-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.