"Məncə sırf biznes sinif üçün xidmət göstərən taksi şirkəti açmaq üçün tələbat yetişib".
Fins.az xəbər verir ki, bunu marketoloq Vüqar Baba bildirib.
Marketoloq qeyd edib ki, taksiyə mindikdə ancaq əsəb qazanır:
"Mən razıyam, 2 və 3 dəfə çox pul ödəyim amma səviyyəli xidmət göstərən taksiyə minim. Əsəb, gərginlik, mübahisə yaşamayım.Yüksək səviyyəli taksi xidməti göstərən şirkət olmaq çox çətindir? Qısa nömrəlilər də aplikasiyalılar da eynidir. Biri təhlükəli sürür, biri siqaret çəkir, biri ünvan mübahisəsi edir, biri kartla ödənişə ağız büzür, biri deyir "icazə ver yoldan bir nəfər də götürüm", biri "çayvoy" güdür, biri deyir "mən deyiləm sənsən, bu qiymətə sürərsən burdan ora?"... İstisnasız hər birində bir problemlə qarşılaşırsan. Şirkətlərin biznes klas, komfort, VIP xidmətlərindən sifariş edirsən, adisi ilə eyni cürdür - eyni illərin avtomobilləri və çox da fərqlənməyən sürücülər gəlir. Şirkətlər VIP adlandırdıqları xidmət qrupuna aid taksiləri xüsusi seçə bilmirlər?! Dost-tanışdan da oxşar iradlar eşidirəm. 2 gündə 10-a yaxın taksiyə mindim ancaq əsəb qazandım".
© Marja