Bu gün saat 15:00 radələrində Gəncə şəhəri “Avtozavod” qəsəbəsi adlanan ərazidə tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birlıyindən məlumat verilib.
Bildirilib ki, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
(c)“Report”