SOSİUM

21 Yanvar

Deputatlığa namizəddən əməli addım

Qala, Mərdəkan, Şağan, Gürgən Buzovna qəsəbələri və Pirallahı rayonunu əhatə edən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən Milli Məclisə deputatlığa qeydə alınmış namizəd Əhmədəli Məmmədağa oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına seçicilərini narahat edən məhəlli xarakterli məsələ ilə bağlı kollektiv müraciət ünvanlamışdır. Belə ki, qrunt suları axıtmaq üçün uzun illər əvvəl çəkilmiş boru kəməri sıradan çıxdığından uzun müddətdir ki, çirkab sular Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi 62 ünvandan başlayaraq küçə boyunca axaraq asvalt örtüyü tədricən aşındırır, hər cümə günü onlarla insanın ziyarət etdiyi, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Buzovna Cümə Məscidinin qarşısında biabırçı mənzərə yaradır, şütüyən avtomobillər isə piyadaların üzərinə çirkab sıçradır. Belə bir acınacaqlı vəziyyətə baxmayaraq əlaqədar təşkilatlar tərəfindən əməli tədbir görülmür.