SOSİUM

17 Yanvar

Abşeron dairəvi dəmir yolu xətti hansı stansiyaları əhatə edəcək ?

Abşeron dairəvi dəmir yolu xəttinin  əhatə edəcəyi stansiyaların adı məluma olub

Fins.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib

Məlumatda bildilir ki, Abşeron dairəvi dəmir yolu xətti Bakı sərnişin stansiyası, Keşlə dayanacağı, Koroğlu dayanacağı, Bakıxanov dayanacağı, Sabunçu stansiyası , Zabrat 1 dayanacağı, Zabrat 2 stansiyası, Məmmədli dayanacağı, Pirşağı stansiyası, Goradil dayanacağı, Novxanı dayanacağı və Sumqayıt Stansiyasını əhatə edəcək.

Həmçinin qeyd olunur ki, “Dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib.

“Abşeron dairəvi dəmir yolu xəttinin çəkilişi ilə bağlı işlər 3-cü, yəni sonuncu mərhələdədir. Yol tikinti işləri tamamilə yekunlaşıb. Hazırda elektrik, işarəvermə, rabitə və mühafizə zolağında hasarların çəkilməsi davam etdirilir. Həmçinin bu istiqamətdə 4 yeraltın avtomobil tunelində də tikinti işləri aparılır. Bu tunellər Keşlə qəsəbəsi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Goradil ərazisində inşa olunur.”-deyə məlumatda bildirilir.

Müəllif: Aynur Qəniyeva