SOSİUM

17 Yanvar

2020-ci ildə pul yığmaq üçün – 8 MARAQLI ÜSUL

Nə qədər də desək ki, pul əl çirkidir, ondan da vacib məsələlər var, etiraf etməliyik ki, o həm də çox vacibdir. Puldan da vacib məsələlərə əksər hallarda elə pulun köməyilə nail olmaq mümkündür.  Necə deyərlər, çox lazımlı «çirk»dir və bunu unutmamalıyıq. 

Ənənəvi olaaq Yeni il zamanı insanlar gələcəkdə həyatlarını dəyişmək haqqında düşünürlər.

Fins.az pulu yığmaq, daha dəqiqi təhlükəsizlik yastığı (yəni qara gün üçün pul) yaratmaq, ya da ipoteka üçün ilkin ödənişi toplamaq üçün 8 maraqlı üsulu təqdim edir. 

Üsul №1: ay ərzində bütün xərcləri yazmaq

Bu üsulla nə qədər pul yığmaq olar: aylıq gəliri 550 manat olan şəxs bu üsulla 10%-ə qənaət edib ayda 55 mana kənara qoya bilər.

Əgər siz indiyədək maaşınızın kifayət etməməsinin səbəbini bilmirsinizsə, bunun səbəbini öyrənməyin vaxtı çatıb. Xərclərizi yazın, telefona və ya bloknota, fərqi yoxdur. Ayın axırında isə xərclərinizə bir də baxın. Siyahıya baxıb, o qədər də vaxib olmayan 2-3 xərcdən imtina edin. Qənaət edilən pulu kənarda toplayın. 

Üsul №2: kiçik məbləği toplamaqla başlayın

Bü üsulla nə qədər yığmaq olar: il ərzində təqribən 480-2400 manat arasında

Əgər ayda bir neçə yüz manat qənaət etmək mümkün deyilsə, kiçik məbləğdən başlayın. Ayda 20-30 manat, daha yaxşısı 40 manatdan Belə üsulla ildə 480 manat toplamaq olar. Əgər həftədə 20 manatdan yığa bilsəniz ildə 1040 manat edir. Yaxşı bir tur, ev üçün əşya, illik təhsil haqqı və ya qarderobu normal şəkildə yeniləmək üçün kifayət edir. Gəliri imkan verənlər ayda 200 manatdan kənarda toplasalar ilin sonuna 2400 manatı necə xərcləmək barədə ıdüşünəcəklər.

Üsul №3: 12 ay maaşın 10%-ni kənara qoyun

Nə qədər toplamaq olar: il ərzində 600-1440 manat

Maliyyə məsləhətçiləri tövsiyə edir ki, ilk növbədə təhlükəsizlik yasdığı hazırlasınlar, yəni işi itirsələr 2-3 ay dolanmaq üçün pul toplasınlar. Əgər sizin aylıq maaşınız 600 manatdırsa, deməli il ərzində 1200-1800 manat toplamalısınız.

Belə pullarınız yoxdursa, maaşdan kənara atmaqla toplamaq olar. Bunun üçün ayd 100-120 manata qənaət edin.

Təhlükəsizlik yasdığı yaradan kimi. Arxayınlaşmayaraq, dərhal digər məqsədlərə keçin.  Məsələn, ipoteka üçün ilkin ödənişə.

Üsul №4: 30 gün ərzində bütün alışlarda endirim istəyin

Ayda nə qədər yığmaq olar: Təqribən 100 manata yaxın

Əgər hər dəfə endirim istəsəniz, ayda 100 manata yaxın pula qənaət etmək olar. Bunu endirimli mal almaqla, xüsusi təklifləri izləməklə, kuponlardan istifadə etməklə eləmək olar. Hərdən isə sadəcə endirim istəmək olar. Düz bir ay aldığınız hər bir şey üçün endirim istəyin. Əlbəttə heç də hamı endirim verməyəcək, amma yarıdan çoxu güzəştə gedəcək. Bu üsulan ay ərzində hər gün istifadə edin və ayın axırı nəticələrə baxın.

Üsul №5: İşdəki naharı evdən aparın

İl ərzində nə qədər qənaət etmək olar: təqribən 1000 manata 

Əgər siz iş vaxtı kafedə naharla və ya standart biznes lançla kifayətlənirsinizsə, il ərzində sizin buna 1000 manata (240 iş günü 6 manatdan) yaxın pulunuz gedir. Yeməyi evdən gətirməklə bu pulun böyük hissəsin qənaət etmək olar. Bunu 30 gün ərzində sınayın, sonra isə qənaət edilən pulları sayın. Sadə hesablamalar göstərir ki, qidanı evdə hazırlamaq təqribən 2,5-3 manata başa gəlir və nəticədə il ərzində 800-1080 manata qənaət etmək olar.

Üsul №6: köhnə əşyanı atmayınca yenisini almayın

İl ərzində nə qədər qənaət etmək olar: hər ay xərclənən vəsaitdən asılıdır.

Öz qarderobunuzu diqqətlə araşdırın və sayı ən çox əşyaları seçin. Məsələn, paltar, cins, tufli və sair. Öəzilərinin evində 20-15 cüt ayaqqabı və ya çanta ola bilər. Çalışın il ərzində, köhnəni atmayınca heç bir yeni əşya almayasınız. Unutmamaq üçün atılan və yeni alınan əşyaların siyahısını tutun. Nəticədə il ərzində sizin belə vərdişiniz yaranacaq. Bu imkan verəcək ki, həm xərciniz az çıxsın, hər də qarderobunuz şişib evdə çox yer tutmasın. Qənaət ediən pula isə istədiyinizi ala bilərsiniz.

Üsul №7: kreditləri vaxtından əvvəl bağlamaq

İl ərzində nə qədər qənaət etmək olar: illik 20%-lə götürdüyünüz 3 min manat kreditiniz varsa, təqribən 170 manata qənaət edəcəksiniz.

Əgər sizin bi rvə ya bir neçə kreditiniz varsa, çalışın ayda bir dəfə onların birini vaxtından əvvəl bağlayasınız. Bununla siz artıq faizləri ödəməyə qənaət etmiş olacaqsınız. Borcu bağlamağa nə qədər çox vəsait sərf etsəniz o qədər qabağa düşərsiniz. Bütün bunları isə əlbəttə ki, yazmaq lazımdır.

Üsul №8: Özünüz üçün «Fuck you money» məbləğini hesablayın və işə başlayın

«Fuck you money» — bir az ədəbsiz səslənsə də, xaricdə geniş yayılmış, həm də maraqlı maliyyə ifadəsidir. Bu ifadə – heç kimdən asılı olmayaraq (yəni «hamınız cəhənnəm olun» deməklə) dolana bilmək üçün toplayacağınız məbləğ və ya aktivlərdir. Söhbət pensiyaçılardan, iş adamlarından, istənilən şəxsdən gedir. Belə məbləği toplayandan sonra onun gətirdiyi gəlirlə heç kimdən asılı olmayaraq rahat yaşamaq olar. Şəxsi maliyyə məsləhətçiləri hesab edir ki, əvvəl-axır hamı özü üçün belə məbləğ hesablayıb onu toplamalıdır. Bəziləri üçün bu məbləğ 150 min manat, digərləri üçün 500 min və ya 1-2 milyon manat ola bilər. Belə məbləği toplayıb, onun gətirdiyi vəsaitin hesabına ömrünün sonunadək dolanmaq və sevimli işlə məşğul olmaq mümkündür. Ən maraqlısı odur ki, ekspertlərin fikrincə, bu məbləğ, insanların əvvəlcə düşündüklərindən daha az olur. Yəni əslində insanlara düşündüklərindən daha az pul tələb olunur. Qənaətin 8-ci üsulunda, gəlin bu məbləği hesablayaq. Hesablayın ki, komfortlu yaşamaq üçün sizə ayda nə qədər pul tələb olunur. Bu məbləği əvvəlcə 12-yə, sonra isə yaşamaq istədiyiniz illərin sayına vurun.

Tutaq ki, sizdə 240 min manat alındı (ayda 1000 manatdan 20 il götürəndə). Baxırıq, indi nə qədər pulumuz var, hesabladığımız məbləği toplamaq üçün nə qədər tələb olunur? Və… başlayırıq bu pulu toplamağa. Hər ay kənara pul qoymaq və ya yaxşı investisiya etmək yolu ilə bu məbləğdəki hədəfə fokuslanırıq .Rəqəmin indi böyük görünməsinə və sizi qorxutmasına fikir verməyin, vəsaiti təkcə yığmaqla deyil, həm də uğurlu yatırım edib, artırmaqla həmin məbləğə daha sürətlə çata bilərsiniz.

© FED