SOSİUM

16 Yanvar

Türkiyənin Azərbaycana avtobus satışı kəskin artıb

Türkiyə keçən il 110-dan çox ölkəyə avtobus və mikroavtobus ixrac edib.

Fins.az  xəbər verir ki, 2019-cu ildə ixrac 2018-ci illə müqayisədə 13,27% artaraq 2 milyard 31 milyon dollar təşkil edib.

Azərbaycan Türkiyənin ən çox avtobus və mikroavtobus satdığı 10 ölkədən biridir. 

Keçən il bu məhsul qrupunda ən çox ixrac artımı Azerbaycana satışda olub. Türkiyənin Azərbaycana avtobus və mikroavtobus satışı 263% artaraq 18 milyon 971 min dollardan 68 milyon 990 min dollara qalxıb.

Keçən il Türkiyənin avtobus-mikroavtobus məhsul qrupunda ən çox ixrac həyata keçirdiyi 10 ölkə:

Fransa, Almaniya, İtaliya, Rumıniya, İspaniya, İngiltərə, Azərbaycan,  Polşa, Mərakeş, Avstriya. 

© Marja