SOSİUM

15 Yanvar

Təmiri və yenidən qurulması üçün 11,8 milyon manat ayrılmış yol nə vaxt istifadəyə veriləcək?

Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində  Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncəmda   Sərəncama əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən fins.az-a verilən məlumata görə, 2019-cu il  ərzində  prezident İlham Əliyevin imzaladığı Sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.  Eyni zamanda 2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulmuş və təmir olunub.

Agentlik eyni zamanda Prezident tərəfindən əhali və Yerli İcra Hakimiyyəti orqanları tərəfindən edilən müraciətlər nəzərə alaraq , 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonu üçün 14,3 km, 100 min  kv.m, 3 milyon manat sərf olunub.Bundan əlavə olaraq Xəzər rayonunda, uzunluğu 19,8 km olan daxili avtomobil yollarının yenidənqurulması həyata keçirlib .

2019-cu il ərzində Bakı şəhər yollarında 1019,4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.

2020-ci ildə agentlik tərəfindən kəndlərarası layihələr – 24 rayon ərazisində uzunluğu 582,5 km olan 24 kəndlərarası avtomobil yolunun təmiri və tikintisi həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda Bakı şəhərinin 12 rayonunda – ümumi uzunluğu 171,6 km olan 26 qəsəbə daxilində avtomobil yollarının təmiri və tikintisi işləri yerinə yetirilməsi planlaşdırılır. 

Müəllif: Aynur Qəniyeva