2019-cu ildə Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Fins.az xəbər verir ki, “2019-cu ildə mənzil təminatı proqramı çox genişləndi. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edildi”, - Babayev prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Öz növbəsində, prezident İ.Əliyev qeyd edib ki, 2020-ci ildə bu kateqoriyadan olan vətəndaşlara təqdim olunan mənzillərin sayını 1,5 minə çatdırmaq lazımdır.
“Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”, - prezident vurğulayıb.
© İnterfaks