SOSİUM

13 Yanvar

Azərbaycan ərazisi ilə yük avtomobillərinin keçidinə sərf olunan vaxt 2 dəfə azalacaq

Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanılması planlaşdırılır.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.

"Düşünürəm ki, gələn il həmin körpünün inşası başa çatacaq. 2021-ci ildə həmçinin Bakıdan Rusiya sərhədinə qədər magistral avtomobil yolunun inşası başa çatsa, ölkəmizin ərazisi ilə yük avtomobillərinin keçidinə sərf olunan vaxt 2 dəfə azalacaq. Bununla da, Azərbaycan müxtəlif istiqamətlərdə avtomobillərin hərəkəti üçün əlverişli şərait yaratmış ölkə olacaq", - deyə o, qeyd edib.