SOSİUM

13 Yanvar

2019-cu il ən isti il olub

“Copernicus Climate Change Service”in (C3S) məlumatına əsasən, 2019-cu il müşahidə tarixi ərzində Avropada ən isti il kimi tarixə düşüb. İqlim müşahidəçiləri onu da bildirirlər ki, 2019-cu ilin temperatur göstəricisi ən isti il sayılan 2016-cı ilin göstəricisindən 0,04 dərəcə aşağı olmuşdur. Eyni zamanda, 2019-cu il 1982–2010-cu illərin orta göstəricilərindən 0,6 dərəcə isti olub.

Xəbəri RİA “Novosti” yayıb.