SOSİUM

10 Yanvar

Yağış yağacaq – SABAHIN HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-dəarabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 11-dəgündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıqyarada bilər.