SOSİUM

07 Yanvar

"Uber" uçan taksilərdən istifadə edəcək

Dünyanın və ABŞ-ın ən böyük onlayn taksi şifarişi xidməti - “Uber” və Cənubi Koreyanın məşhur avtomobil istehsalçısı “Hyundai” uçan taksi proqramını birlikdə inkişaf etdirəcək. 

Məlumata görə, 4 nəfərlik prototipin bu il sınaq uçuşlarına başlanılması, 3 il ərzində isə istifadəyə verilməsi planlaşdırılır. Dünyanın 5-ci ən böyük avtomobil istehsalçısı olan “Hyundai” 2025-ci ilə qədər ucan taksi proqramına 1,5 milyard ABŞ dolları investisiya qoymaq istəyir. 

Prototipi təqdim olunan uçan taksinin bir dəfəyə 96 km məsafə qət edəcəyi, 286 km/saat sürətə sahib olacağı bildirilir. 

 © Report