SOSİUM

29 Dekabr

Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq

Bakının Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, “Koroğlu” metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Fins.az-ın bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir. Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.