SOSİUM

18 Dekabr

2015-də istehsal edilmiş vaqonlar təmir ediləcək - "BAKI METROPOLİTENİ” MÜQAVİLƏ İMZALADI

"Bakı Metropoliteni” QSC və “Metrovaqonmaş-Servis” (Rusiya) 15 vaqonun (3 qatar) plan əsasında xidməti və qaldırıcı-depo təmirinə dair müqavilə imzalayıblar.

Fins.az  xəbər verir ki, bu barədə "Transmaşholdinq” məlumat verir.

“Təmir olunacaq vaqonlar 2015-ci ildə Bakı Metropoliteninin sifarişi ilə “Metrovaqonmaş”da istehsal olunub. İşlər 2020-ci il əzrində Nəriman Nərimanov adına elektrik deposunun bazasında icra olunacaq”, - məlumatda qeyd olunur.

İşlərə dartıcı mühərrik, qatarın hərəkət sistemi, elektrik avadanlığı, işıqlandırma, videomüşahidə, iqlim nəzarəti və vaqonların sürülüb yoxlanması daxildir.

Müqaviləyə əsasən, “Metrovaqonmaş-Servis” təmir üçün zəruri avadanlıq alacaq, gələcəkdə zəruri keyfiyyətin sərbəst dəstəklənməsi üçün texnoloji proseslər təşkil edəcək, Azərbaycan personalının təlimini həyata keçirəcək.

"Bakı Metropoliteni” ilə müqavilə “Metrovaqonmaş-Servis” üçün ilk beynalxalq əməkdaşlıq təcrübəsidir.

“Metrovaqonmaş-Servis” MMC 2018-ci ildə “Metrovaqonmaş”ın servis xidməti müdiriyyətinin bazasında təsis olunub.

Şirkət Moskva Metropoliteninə məxsus olan qatarlarına xidmət göstərir.

© "İnterfaks-Azərbaycan"