SOSİUM

18 Dekabr

Əsl liderlərin hər gün riayət etdiyi 6 qayda

Yaxşı liderlər işçilərinin fikirlərini dinləyirlər, onlardan nə isə öyrənməyə çalışırlar və komandaları üçün faydalı olmağa çalışırlar.

1. Az danışır, çox dinləyir

Özünə güvənməyən insanlar adətən çox danışmağa meylli olurlar. Yaxşı rəhbər işçilərə öz fikirlərini ifadə etməyə imkan verirlər, çünki bu fikirlər onun üçün həqiqətən də əhəmiyyətlidir. Yaxşı rəhbər işçilərini düşünməyə və məsələnin mahiyyətini daha yaxşı başa düşməyə vadar edən maraqlı suallar verir. Bu necə işləyir? Burada ən çox nədən xoşunuz gəlir? Bundan hansı çıxarmısınız? Onu daha yaxşı hala gətirmək üçün nə etmək lazımdır?

Beləliklə, lider işçilərinin hər birinin şirkət üçün vacib olduğunu nümayiş etdirmiş olur. Bunda əlavə, o yeni faydalı məlumatlar əldə edir.

2. Gördüyü işlər barədə başqalarının fikirlərini dinləyir

Əsl lider komandanın gördüyü işləri barədə fikirlərini bilməlidir, əks halda iş ruhunu dəstəkləyə bilməyəcəkdir. O, işçilərinin məmnun olub olmadığını və nəyi dəyişdirmək istədiklərini öyrənməlidir. Yaxşı rəhbər bunun effektiv iş üçün vacib olduğunu başa düşməlidir.

3. Davranışlarının başqalarında güvən yaratması və ya yaratmaması ilə maraqlanır

Əgər özünüzdə liderə xas olan keyfiyyətləri inkişaf etdirmək istəyirsinizsə, özünüzü elə aparmalısınız ki, insanlar sizə güvənsinlər. Yaxşı rəhbər üçün işçilərin onunla rahat əlaqə qura bilməsi çox vacibdir. Etibarlı münasibət açıqlıq, diqqətlilik və dürüstlük deməkdir. 

Heç kim hörməti olmayan liderə etibar etməz.

4. Şirkət işçilərinin həyatını yaxşılaşdırmağa çalışır

Əsl lider yalnız öz maraqlarını düşünməli deyil. O, işçilərinə görə narahat olur və onların ehtiyaclarını birinci yerə qoyur. Beləliklə, güclü komanda yaranmış olur. 

İşçilərin gözümdə nüfuzunuzu artırmaq üçün özünüzə sual verin: əməkdaşlarımın iş yerində özlərini rahat hiss etməsi və gördükləri işi sevməsi üçün bu gün nə edə bilərəm?

5. Səhvlərini boynuna alır

Təkəbbür və digər insanların fikirlərini qulaqardına vurmaq – liderik imtina etməli keyfiyyətlər sırasındadır. Hər bir insanın fikirlərini ifadə etmək hüququ var. Hətta çox böyük təşkilatın rəhbəri belə nədəsə səhv edə bilər. Kollektivin əsas məqsədi ideyaların mübadiləsini təşkil etmək və lazım olduqda bir-birinə kömək etməkdir. 

Yol verdiyin səhvləri başa düşmək, onları qəbul etmək zəif olmaq demək deyil. Əksinə, işçilər belə rəhbərlərə daha çox hörmət edirlər. Belə ki, vacib olan haqlı olmaq deyil, işi düzgün şəkildə yerinə yetirməkdir.

6. Öz mövqeyini müdafiə edir

Yaxşı rəhbər güclü xarakterə malik olmalıdır. Bu keyfiyyət ona qərarlar vermək, şirkəti təmsil etmək və gələcəkdə rastına çıxacaq ciddi çətinliklərin öhdəsindən gəlmək üçün lazımdır. O, prinsiplərini müdafiə etməlidir. Əsl lider dürüst olmalıdır,  nə özünü, nə də başqalarını aldatmağa çalışmalı deyil. 

© Banker