Siyasət

11 Avqust

ABŞ-ın Hindistana Rusiya nefti idxalına görə əlavə rüsum tətbiqi Pekində narazılıqla qarşılandı

Finss.az - ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almasına görə əlavə 25% rüsum tətbiq etmək qərarı verib.

Bu qərar Pekin tərəfindən tənqid olunub.

ABŞ-ın Rusiya mənşəli neft idxalına qarşı Hindistana tətbiq etdiyi yeni tariflər Çin Xarici İşlər Nazirliyinin diqqətini çəkib. Nazirliyin sözçüsü Quo Jiakun ABŞ-ın aqressiv tarif siyasətini bir daha pisləyərək, “Çinin tariflərdən sui-istifadəyə qarşı mövqeyi ardıcıl və aydın olaraq qalır” deyib.

Avqustun 6-da verilən açıqlamada ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya nefti idxalına görə əlavə 25% advalor (dəyərə əsaslanan) rüsum tətbiq etməyi qərara aldığını bildirib. Tramp sərəncamında qeyd edib ki, “Hindistanın Rusiyadan birbaşa və ya dolayı yolla neft alması ABŞ-ın iqtisadi maraqlarına zərər verir və buna qarşı sərt addımlar atılmalıdır.”

Bu addım ABŞ ilə Hindistan arasında ticarət gərginliyini artırmaqla yanaşı, Pekin tərəfindən də tənqid olunaraq, beynəlxalq ticarət münasibətlərində yeni qarşıdurmanın işarəsi kimi qiymətləndirilir.