Siyasət

10 İyun

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə iyunun 20-də səs verə bilər

Finss.az - Avropa İttifaqı iyunun 20-də Rusiyaya qarşı növbəti sanksiyalar paketinə səsvermə keçirə bilər.

Bu, ABŞ-ın mövqeyini koordinasiya etməyə razı olmasından asılıdır. Politico nəşrinin yüksək vəzifəli diplomata istinadla verdiyi məlumata görə, ABŞ ilə razılıq əldə olunarsa, səsvermə tezliklə keçiriləcək.

Avropa İttifaqı ABŞ-dan müvafiq siqnalı iyunun 15-17-də Kanadada keçiriləcək Yeddilər Qrupu (G7) toplantısında gözləyir.