Finss.az - Tanınmış beynəlxalq restoranlar şəbəkəsi Papa John’s Azərbaycan komandasında yer almaq istəyən peşəkar mühasiblər üçün baş mühasib vakansiyasını elan edib.
Şirkət maliyyə və mühasibatlıq sahəsində yüksək bilik və təcrübəyə malik namizədləri əməkdaşlığa dəvət edir.
Namizəd üçün əsas tələblər:
-
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
-
Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə yüksək biliklər;
-
PMS, ACCA F3/FA kimi maliyyə uçotu üzrə sertifikatlara malik olmaq üstünlükdür;
-
Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi;
-
Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili bilikləri arzuolunandır);
-
1C 8.3 və MS Excel proqramlarında sərbəst işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri:
-
Dövlət orqanlarına (Vergi, Statistika və s.) qanunvericiliyə uyğun hesabatların hazırlanması və təqdim olunması;
-
Vergi və digər maliyyə sənədlərinin düzgün tərtib və saxlanılması;
-
Online vergi sistemində yazışmaların idarə olunması;
-
Pul vəsaitləri, xərclər, dövriyyə və ehtiyatların mühasibat uçotu;
-
DSMF, Mərkəzi Bank və digər orqanlara aylıq, rüblük və illik hesabatların hazırlanması;
-
Elektron qaimə-faktura və hesab-fakturaların hazırlanması;
-
Ay sonu maliyyə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması.
Təklif olunan iş şərtləri:
-
Əməkhaqqı namizədin təcrübəsinə əsasən təyin ediləcək;
-
5 günlük iş rejimi;
-
Rabitə xərcləri şirkət tərəfindən qarşılanır;
-
İş yeri Bakı şəhərinin mərkəzində yerləşir;
-
İşə qəbul əmək qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir.
Son müraciət tarixi: 13 iyun 2025
Vakansiyaya uyğun gələn şəxslər öz CV-lərini “Baş mühasib” mövzusu ilə [email protected] elektron ünvana göndərə bilərlər.