Finss.az - ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə getdiyini bildirib.
Prezident jurnalistlərə açıqlamasında qeyd edib ki, onun fikrincə, Tehranla tərəflər arasında ilk təmaslar ümidvericidir.
“Məncə, onların vəziyyəti qaydasındadır”, – deyə Tramp İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Omanda baş tutan danışıqlara münasibət bildirərkən deyib.
Dövlət başçısı həmçinin vurğulayıb: “Heç nə vacib deyil, taki məqsədinə çatmayınca. Buna görə də bu barədə danışmağı sevmirəm”.
Ağ Evin yaydığı açıqlamada isə qeyd olunub ki, ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən görüşlər konstruktiv şəkildə keçib. Bildirilib ki, növbəti danışıqlar raundu 19 aprel tarixində baş tutacaq.
“Müzakirələr çox pozitiv və konstruktiv şəkildə keçdi”, – deyə ABŞ administrasiyası əlavə edib.
İran mediasının yaydığı məlumata görə, Abbas Əraqçi də görüşün konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdiyini təsdiqləyib.