Finss.az - Yeni Zelandiya hökumətinin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan məlumata görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini uzatma qərarı qəbul edib.
Əvvəlcə 17 mart 2025-ci ilə qədər qüvvədə olması nəzərdə tutulan məhdudiyyətlər, indi 17 mart 2028-ci ilə qədər uzadılıb.
Nazirlik bildirib ki, Yeni Zelandiya vətəndaşları, Rusiyanın ticarət və iqtisadi əlaqələri ilə bağlı "hər hansı şübhəli fəaliyyət" barədə məlumat verməyə borcludurlar. Açıqlamaya görə, bu sanksiyalar Rusiyaya aid müəyyən fəaliyyətləri qadağan edir və ya məhdudlaşdırır.
Yeni Zelandiya, mart 2022-ci ildən bəri Rusiya əleyhinə sanksiyalar tətbiq edir və həmin vaxtdan etibarən bu tədbirlər dəfələrlə genişləndirilmişdir. Bu yeni addım, Ukraynadakı müharibənin davam etməsi fonunda atılan bir növbəti addımdır.