Siyasət

28 Fevral

Tramp ziddiyyətli tarif bəyanatları ilə investorları təəcübləndirir

Finss.az - ABŞ prezidenti Donald Tramp çərşənbə günü Kanada və Meksikaya, eləcə də Avropa Birliyinə tariflər tətbiq etmək planları ilə bağlı bir sıra ziddiyyətli cavablar verdi.

Çərşənbə günü Nazirlər Kabinetinin iclası zamanı Trampdan martın 4-də Kanada və Meksikaya 25%-lik tariflərin tədbiq olunması məsələsində irəli gedəcəyi ilə bağlı fikirlərini soruşdular. Xatırlamaq lazımdır ki, Tramp bu ayın əvvəlində tarifləri elan etmişdi, lakin, sonra hər iki ölkənin liderləri sərhəd nəzarətini sərtləşdirməyə razı olduqdan sonra bir aylıq gecikməyə razı oldu. Lakin, bu möhlət müddəti gələn həftə başa çatacaq.

"Mən tarifləri ləğv etmirəm", - dedi Tramp, ABŞ-ın qonşuları tərəfindən illərlə pis rəftarın qurbanı olduğuna inandığını izah etməzdən əvvəl.

Lakin, Tramp daha sonra Meksika və Kanada tariflərinin aprelin 2-dən qüvvəyə minəcəyini söylədi. Ekspertlərin bu məsələ ilə bağlı fikirləri fərqlənir. Bəziləri prezidentin ölkələrə əlavə vaxt verdiyini nəzərdə tutur, digərləri isə Kanada və Meksikaya tətbiq edilən tarifləri Ticarət Departamenti və ABŞ Ticarət Nümayəndəliyi tərəfindən hazırlanmış və dünya ölkələri üçün qarşılıqlı tariflər tətbiq edəcək ayrıca proqramla birləşdirmək istədiyini düşünür.

Prezidentin jurnalistlər tərəfindən verilən suallara cavabları eyni vaxtda bir neçə tarif planı haqqında bəhs etdiyinə görə, tariflərin vaxtı ilə bağlı şərhlər bazar iştirakçılarını çaşdırır. Meksika pesosu və Kanada dolları çərşənbə günü Trampın hər iki ölkənin idxalına tariflər tətbiq etmək üçün son tarixi geri çəkdiyini göstərən şərhlərindən sonra dəstək qazandı.

Daha sonra Trampdan Avropa İttifaqı üçün konkret tarifə qərar verib-vermədiyi də soruşulub. Prezident rüsumların 25% olacağını desə də, daha sonra, avtomobillərin tarifləri və digər mövzularla bağlı açıqlamalar verib.