Finss.az - Gürcüstanın baş naziri İrakli Kobahidze, 2022-ci ildə Rusiyaya qarşı milli sanksiyalar tətbiq etməməyi "tarixi" bir qərar adlandırıb.
Bu barədə EADaily məlumat yayıb. Kobahidze bildirib ki, həmin qərar Gürcüstanın iqtisadiyyatını böhrandan xilas etdi. O, o dövrdə münaqişənin eskalasiyası təhlükəsinin olduğunu və sanksiyaların tətbiqinin ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, Gürcüstan beynəlxalq sanksiyalara qoşulsa da, öz milli sanksiyalarını tətbiq etməyi imtina edib. Bu, Gürcüstanın Ukrayna, ABŞ və AB ilə münasibətlərində gərginliyə səbəb olub.
Qeyd edək ki, Gürcüstan Rusiyadan buğda və un idxalından demək olar ki, tam asılıdır. Bu məhsullar ölkədə çörək və çörək məhsullarının istehsalında mühüm rol oynayır.