Finss.az - ABŞ Prezidenti Donald Tramp, əvvəlki prezident Joe Bayden-dən fərqli olaraq, Venesueladan neft alınmasına qarşı olduğunu bildirib.
Tramp, Ağ Evdə jurnalistlərə açıqlama verərək, Baydenin dövründə ABŞ-ın Venesueladan milyonlarla barel neft aldığını vurğulayıb və bu addımı tənqid edib.
"Bu axmaqlıqların təkrarlanmasına icazə verməyəcəyəm", - deyə Tramp bildirib. O, özünün ilk prezidentlik müddətində Venesuelaya qarşı sərt bir siyasət yürüdüyünü qeyd edərək, Bayden-in Venesueladan çox sayda neft almasına razı olmasına təəccüb etdiyini ifadə edib.
Tramp, bu qərarın Venesueladakı diktatoru "yenidən həyata qaytardığını" və onun siyasi mövqeyini gücləndirdiyini söyləyib. "Venesueladakı diktatorun sonu yaxınlaşmışdı, amma bu razılaşmalar onu yenidən gücləndirdi", - deyə o, sözlərini tamamlayıb.