Finss.az - Avropa Mərkəzi Bankının (AMB) 6-14 yanvar tarixləri arasında 82 iri qeyri-maliyyə şirkəti arasında apardığı sorğunun nəticələri göstərir ki, avrozonasında fəaliyyət göstərən istehsalçılar, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarından daha çox Çin idxalının ucuzlaşmasından narahatdırlar.
Sorğuda iştirak edən istehsalçıların yalnız yarısı Amerikanın tətbiq etdiyi gömrük rüsumlarının onların biznesinə təsir edəcəyini bildiriblər. Bir çoxu artıq yerli bazara uyğun istehsal həyata keçirdiklərini, bəziləri isə yalnız mürəkkəb və əvəzolunmaz məhsullarını ABŞ-a ixrac etdiklərini açıqlayıb.
Ancaq daha böyük narahatlıq, Amerikanın tətbiq etdiyi gömrük rüsumlarının dolayı yolla Çinin Avropa İttifaqına daha çox məhsul göndərməsinə səbəb olacağı ilə bağlıdır. Avropa istehsalçıları, əgər Avropa İttifaqı tərəfindən müdafiə tədbirləri tətbiq edilməzsə, bu vəziyyətin avrozonada qiymətlərin artmasına və iqtisadi təsirlərə səbəb ola biləcəyini vurğulayırlar.
ABŞ Prezidenti Donald Tramp isə artıq 1 fevralda Çin idxalına rüsumların tətbiqinə başlaya biləcəyini açıqlayıb. Eyni zamanda, Tramp, Avropa İttifaqı ölkələrini ABŞ-ın neft və qaz alqılarını artırmağa çağırıb və əks təqdirdə, onlara qarşı da gömrük rüsumları tətbiq edəcəyini bildirən açıqlama verib.