Finss.az - Qırğızıstan, Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında bağlanmış sazişi təsdiqləyib.
Bu barədə Qırğızıstanın dövlət başçısının mətbuat xidməti xəbər yayıb. Qırğızıstan prezidenti Sadır Japarov, Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə əlaqədar ölkə qanunvericiliyinə dəyişiklik edilməsini nəzərdə tutan qanunu imzalayıb.
Sözügedən sənəd 24 aprel 2024-cü ildə Bakıda, Qırğızıstan nazirlər kabineti və Azərbaycan hökuməti arasında imzalanıb. Qanun, Qırğızıstan parlamenti tərəfindən 11 dekabr 2024-cü ildə təsdiqlənib.
Miqrasiya, vətəndaşların digər ölkələrdəki hüquqlarının qorunması və iki ölkə arasında informasiya və təcrübə mübadiləsini gücləndirən saziş, həmçinin tərəflərin milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri çərçivəsində əməkdaşlığı nəzərdə tutur.