Finss.az - Donald Tramp Konqresdəki mərasimdə and içərək rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti oldu.
O, ikinci prezidentlik müddətinin ilk çıxışında ölkədəki qeyri-qanuni miqrantlar məsələsinə toxunaraq 2019-cu ildə olduğu kimi yenidən ABŞ-Meksika sərhədinə dair “Milli fövqəladə vəziyyət” elan edəcəyini, qanunsuz miqrasiyanı dayandıracağını və bu şəxsləri deportasiya edəcəyini bildirdi. Tramp miqrantların məhkəmə proseslərini gözləmək üçün ölkəyə buraxılmasını nəzərdə tutan və respublikaçılar tərəfindən "tut və burax" olaraq adlandırılan siyasəti ləğv etmək üçün icra sərəncamı imzalayacağını qeyd etdi. Çıxışında qeyri-qanuni miqrantları "cinayətkar" adlandıran Tramp ABŞ-ın cənub sərhədinə əsgər göndərəcəyini də vurğuladı.
Prezidentin çıxışı partiya üzvlərinin alqışları ilə tez-tez kəsildi. O, “Tezliklə Meksika Körfəzi adını Amerika Körfəzi olaraq dəyişdirəcəyik” ifadəsini işlətdi. Həmçinin əlavə etdi: “Bundan sonra Amerika Birləşmiş Ştatları hökumətinin rəsmi siyasəti qadın və kişi olmaq üzrə yalnız iki cinsin mövcudluğunu tanıyacaq.”
ABŞ-ın teni prezidenti Donald Tramp çıxışını belə yekunlaşdırdı: “Panama kanalını geri alacağıq.”