Arctic LNG 2 zavodundan mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan Pioneer tankeri ABŞ sanksiyalarından yan keçmək istəyən alıcı axtarışında uğursuzluğa düçar olub.
Finss.az xəbər verir ki, gəmi Rusiyanın Uzaq Şərqinə qayıdıb və “Bloomberg”in gəmi izləmə məlumatlarına əsasən, Kamçatka sahillərində yerləşən “Koryak UGS” üzən anbarında yanacaq boşaldıb.
Çox güman ki, alıcı görünənə qədər qaz anbarda qalacaq. Bununla belə, mövcud vəziyyət Rusiyanın beynəlxalq sanksiyalar fonunda LNG ixracını artırmaq cəhdində üzləşdiyi çətinlikləri göstərir. ABŞ sanksiyaları Arctic LNG 2, Pioneer tankeri və Koryak UGS-ə şamil edilir ki, bu da ixracı xeyli çətinləşdirir. Səylərə baxmayaraq, potensial alıcılar ikinci dərəcəli sanksiyalardan qorxduqları üçün gəmi dörd aydan çox dənizdə qalıb, xarici limanlardan yayınıb.
Arctic LNG 2-də istehsal həm alıcıların, həm də uyğun gəmilərin olmaması səbəbindən oktyabr ayında müvəqqəti olaraq dayandırıldı. Rusiya tədarükünü davam etdirmək üçün təcili olaraq yeni buzqıran gəmilər və ixtisaslaşdırılmış tankerlər inşa edir. İlk tanker dəniz sınaqlarından keçir ki, bu da logistikanın təkmilləşdirilməsinə ümid verir.
Kaira Agayeva
Finss.az