Siyasət

23 Dekabr

ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb.
Departamentin saytında deyilir ki, Amerika vətəndaşları respublikaya səyahət etməkdən çəkinməlidirlər və artıq orada olanlar "dərhal ölkəni tərk etməlidirlər".

Finss.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır. Səbəblər arasında Belarusun Ukraynadakı müharibəni dəstəkləməsi, saxlanılma riski, vətəndaş iğtişaşları ehtimalı və səfirliyin ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu daxildir.

Kaira Agayeva 

Finss.az