Birləşmiş Ştatlar M1A2T modifikasiyasının 38 Abrams tankının ilk partiyasını Tayvana çatdırdı.
Finss.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Tayvan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Taypey 2025-ci ildə daha 42 Amerika tankı, 28 döyüş maşınının son partiyasını isə 2026-cı ildə alacaq.
108 Abrams M1A2T tankının Tayvana 2,2 milyard dollara satılması ABŞ Dövlət Departamenti tərəfindən hələ 2019-cu ildə təsdiqlənib.
Hazırda Tayvanın tank donanması əsasən köhnəlmiş növlərdən olan 1 min döyüş maşınından ibarətdir.
Kaira Agayeva
Finss.az