Siyasət

12 Dekabr

Tramp: ABŞ Ukraynanı dəstəksiz qoymayacaq

ABŞ Ukraynanı dəstəksiz qoymayacaq, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir.

Finss.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bəyan edib.

"Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib.

Tramp əlavə edib ki, baş verənlərlə razı deyil.

"Bu hal (Ukraynadakı müharibə-red.) ümumiyyətlə baş verməməli idi", - o deyib.

Kaira Agayeva 

Finss.az