Siyasət

12 Dekabr

Yaponiya və Monqolustan müdafiə avadanlığının təhvil verilməsi haqqında saziş imzalayıb

Yaponiya və Monqolustan müdafiə avadanlığı və texnologiyalarının ötürülməsinə dair saziş imzalayıb.

Finss.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib ki, sənədi Yaponiyanın Monqolustandakı səfiri Masaru İqavahara və Monqolustan Müdafiə naziri Sandagiin Byambatsogt imzalayıb.

Qeyd edildiyi kimi, saziş “birgə müəyyən edilmiş layihələrin həyata keçirilməsi üçün”, o cümlədən “beynəlxalq sülh və sabitliyə töhfə verən” müvafiq avadanlıq və texnologiyanın ötürülməsinə imkan verəcək. “Sazişin bağlanması Yaponiya və Monqolustan arasında müdafiə avadanlığı və texnologiyasının ötürülməsinə, xüsusən də sonradan üçüncü tərəfə təhvil verilməsinə və ya hər hansı sui-istifadə hallarına müvafiq nəzarəti təmin edəcək”, - XİN-in bəyanatında deyilir.

Kaira Agayeva 

Finss.az