Finss.az xəbər verir ki, Bolqarıstan Rusiyadan qaz tranzitini ABŞ sanksiyaları altında ödəmə problemlərinə görə dayandıra bilər.
“Qazprom” ABŞ sanksiyaları çərçivəsində ödənişləri necə həyata keçirəcəyinə qərar verməsə, Bolqarıstan Rusiya qazının Mərkəzi Avropa ölkələrinə tranzitini dayandıra bilər”, - məlumatda deyilir.
Bolqarıstanın energetika naziri Vladimir Malinovun sözlərinə görə, ölkə öz müqaviləsini ciddi şəkildə yerinə yetirəcək və xidmət haqqı ödənilmədiyi təqdirdə, təbii qazın tranzitinə icazə verməyəcək.
Agentlik qeyd edir ki, 2022-ci ildən bəri Bolqarıstan tranzitindən 750 milyon dollardan çox gəlir əldə edib. Bütün bu müddət ərzində Bolqarıstanın “Bulgartransgaz” operatoruna tranzit xidmətlərinin ödənişi “Qazprombank” vasitəsilə həyata keçirilib. Lakin noyabr ayında ABŞ Maliyyə Nazirliyi banka qarşı sanksiyalar tətbiq edib və bu, ödənişlərin yeni üsulları ilə bağlı suallar doğurub.
Kaira Agayeva
Finss.az