Cənubi Koreya prezidenti Yoon Seok-yeol müxalifətdəki Toburo Demokratik Partiyası tərəfindən vətənə xəyanət ittihamı ilə üzləşə bilər.
Finss.az xəbər verir ki, bu barədə dekabrın 4-də “Yonhap” agentliyi məlumat yayıb.
“Biz konstitusiyaya zidd və qanunsuz hərbi vəziyyəti vətənə xəyanət kimi pisləyəcəyik. Biz prezident Yoonu, milli müdafiə naziri Kim Yonq-hyunu və nazir Li Sanq-mini xəyanətdə günahlandıracağıq və onların impiçmentinə çalışacağıq”, – agentlik partiyanın sözçüsü Ço Seunq-raedən sitat gətirir.
Kaira Agayeva
Finss.az