Siyasət

29 Noyabr

Siqeru İsiba: Yaponiya Rusiya ilə ərazi problemini həll etmək öhdəliyinə sadiqdir

Yaponiya hökuməti Rusiya ilə münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, Moskva ilə “ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq” öhdəliyinə sadiqdir.

Finss.az xəbər verir ki, Yaponiyanın Baş naziri Siqeru İsiba bunu parlamentdə çıxışı zamanı deyib.

“Yaponiya-Rusiya münasibətlərinin çətin olmasına baxmayaraq, Tokio ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, - deyə hökumət başçısı bildirib.

Moskva və Tokio ötən əsrin ortalarından başlayaraq II Dünya müharibəsinin nəticələri əsasında sülh sazişinin hazırlanması üçün danışıqlar aparır. Buna əsas maneə Kuril adalarının cənub hissəsi ilə bağlı fikir ayrılığıdır. Müharibədən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilsə də, Tokio bəzi kiçik adaların Yaponiyanın mülkiyyətinə verilməsində israrlıdır.

Tokio Moskvaya qarşı sanksiya tətbiq etdikdən sonra Rusiya sülh müqaviləsi ilə bağlı bütün məsləhətləşmələri dayandırıb.

Kaira Agayeva 

Finss.az