Siyasət

28 Noyabr

Newsweek: Ağ Ev Ukraynaya nüvə silahı ötürmək planlarını təkzib edib

ABŞ nüvə silahının Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirmir.
Finss.az xəbər verir ki, bu barədə Ağ Evdə məlumat verilib.

“Biz Ukraynanı nüvə silahı ilə silahlandırmağı planlaşdırmırıq”, - ABŞ prezident administrasiyası nəşrin dərc etdiyi bəyanatda bildirib. Günün əvvəlində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, “Amerika siyasətçiləri və jurnalistləri nüvə silahının Kiyevə ötürülməsinin nəticələrini ciddi şəkildə müzakirə edirlər”. Medvedev şərhində qeyd edib ki, “bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə götürərək ölməyə qərar verən dəli qoca [Co] Bayden haqqında kədərli zarafat qorxulu reallığa çevrilir”.

Ağ Evin şərhi ABŞ-ın Ukraynaya dəstəyinin mümkün eskalasiyası ilə bağlı fərziyyələrə cavab olaraq gəlib və Kiyevə nüvə silahının ötürülməsi planlarının olmadığını təsdiqləyib.

Kaira Agayeva 

Finss.az