Siyasət

28 Noyabr

ABŞ Sakit Okeanda hərbi mövcudluğunu gücləndirir

ABŞ Hərbi Dəniz Qüvvələri USS Minnesota nüvə sualtı qayığını Sakit Okeanın qərbində yerləşən Quam adasındakı bazaya daimi yerləşdirdiyini elan edib.

Finss.az xəbər verir ki, 7-ci əməliyyat donanmasının mesajından belə çıxır ki, bu qərar ABŞ-ın regionda hərbi-dəniz qüvvələrinin mövcudluğunun gücləndirilməsi çərçivəsində qəbul edilib.
Virciniya sinfinə aid sualtı qayıq torpedalar və 12 Tomaqavk qanadlı raketləri kimi güclü silahlarla təchiz olunub və bu, ona müxtəlif tapşırıqları yerinə yetirməyə imkan verir. Onların arasında düşmənin sualtı və suüstü gəmilərinə qarşı mübarizə, kəşfiyyatın aparılması və yerüstü hədəflərə yüksək dəqiqlikli zərbələrin endirilməsi daxildir. USS Minnesota həmçinin sahil sularında əməliyyatlarda gizli və yüksək səmərəliliyi təmin edən qabaqcıl texnologiyalara malikdir.

The War Zone qeyd etdiyi kimi, USS Minnesota sualtı qayığının Quamda yerləşdirilməsi ABŞ və Çin arasında Tayvanla bağlı artan gərginliklə sıx bağlıdır. Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi adanın yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirən Pekin güc tətbiq etməyə hazır olduğunu getdikcə daha çox nümayiş etdirir. Buna cavab olaraq Vaşinqton Hind-Sakit okean regionunda hərbi mövcudluğunu gücləndirir, müttəfiqlərini və tərəfdaşlarını, o cümlədən Tayvanı qorumaq öhdəliyini vurğulayır.

Ekspertlər hesab edirlər ki, sualtı qayığın Quamda yerləşdirilməsi Çinə ABŞ-ın öz maraqlarını müdafiə etməyə və beynəlxalq dəniz yollarının təhlükəsizliyini təmin etməyə hazır olduğuna dair siqnaldır.

Kaira Agayeva 

Finss.az