Siyasət

27 Noyabr

Çin Tayvanı müstəqillik axtarışının nəticələri barədə xəbərdar edib

Tayvanın ABŞ-ın dəstəyi ilə müstəqillik əldə etmək cəhdləri mənfi nəticələrə gətirib çıxaracaq.
Finss.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binxua bildirib.

Binhua bunu Tayvan lideri Lai Qinqdenin senator Marko Rubionu ABŞ dövlət katibi vəzifəsinə namizədliyi ilə bağlı təbrikinə cavab olaraq bildirib. O, Amerika administrasiyasının tərkibindən asılı olmayaraq Tayvanın Çinin bir hissəsi kimi statusunun dəyişməz qaldığını vurğulayıb. Onun sözlərinə görə, Tayvan hökumətinin Vaşinqtona əsaslanaraq müstəqillik elan etməyə yönəlmiş hərəkətləri dəhşətli nəticələrə gətirib çıxara bilər.

Kaira Agayeva 

Finss.az