Siyasət

26 Noyabr

Rusiya Müdafiə Nazirliyi ATACMS-nin Kursk vilayətinə endirdiyi zərbələrə cavab hazırlayır

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisini hədəf alan ATACMS raketləri ilə hücumlarına cavab tədbirləri hazırlayır.

Finss.az xəbər verir ki, bu hücumlar, departamentin məlumatına görə, son dövrlərin ən ciddi hücumlarına çevrilib və əhəmiyyətli nəticələrə gətirib çıxarıb.

İlk zərbə noyabrın 23-də S-400 zenit diviziyasının mövqeyinə beş ATACMS raketi atıldığı zaman qeydə alınıb. Rusiya hava hücumundan müdafiə qüvvələri onlardan üçünün qarşısını ala bilsə də, iki raket hədəfə çataraq texnikaya ziyan vurub.

Kaira Agayeva 

Finss.az