Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib ki, Rusiya əleyhinə sanksiyalar Rusiya ilə Türkiyə arasında ikitərəfli ticarətə mənfi təsir göstərir.
Finss.az xəbər verir ki, diplomat qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər beynəlxalq ticarət zəncirlərini məhv edir, bank köçürmələrini əngəlləyir və malların tədarükünü çətinləşdirir.
Erxov vurğulayıb ki, sanksiyalar təkcə Rusiyaya deyil, həm də sanksiyaların təşəbbüskarı olan ölkələrə, onların şirkətlərinə və sahibkarlarına ziyan vurur.
Kaira Agayeva
Finss.az