ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pam Bondini ABŞ baş prokuroru vəzifəsinə irəli sürüb.
Finss.az xəbər verir ki, bu barədə Tramp Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Pamın rəhbərliyi altında Ədliyyə Departamenti bir daha öz əsl məqsədinə - cinayətlə mübarizəyə və Amerikanı yenidən təhlükəsiz vəziyyətə gətirməyə fokuslanacaq. Mən Pamı uzun illərdir tanıyıram. O, ağıllı, sərtdir və Baş Prokuror kimi əla iş görəcək". Tramp yazıb.
Kaira Agayeva
Finss.az