Finss.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən “Böyük iyirmiliyin” sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Si Cinpin Çinin Fransa ilə münasibətlərdə sabit və müsbət dinamikanı saxlamaq niyyətində olduğunu vurğulayıb. O, Çin-Avropa əlaqələrini gücləndirmək və dünyada sülh və sabitliyə töhfə vermək üçün Fransa ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Emmanuel Makron da öz növbəsində bildirib ki, Fransa strateji müstəqilliyə sadiq qalacaq, Çin ilə qarşılıqlı hörmət əsasında dialoqu fəal şəkildə inkişaf etdirəcək və yaranan iqtisadi və ticarət fikir ayrılıqlarını həll edəcək. Fransa Prezidenti iki ölkə arasında ticari-iqtisadi əlaqələrin sabit inkişafının vacibliyini qeyd edib.
Kaira Agayeva
Finss.az