Pekin Vaşinqtonun Tayvana son silah satışına cavab olaraq noyabrın sonlarına planlaşdırılan müdafiə nazirlərinin iclasına ev sahibliyi etmək təklifini rədd edib.
Finss.az xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin Laosda keçirilən ASEAN Plus müdafiə nazirlikləri rəhbərlərinin görüşü çərçivəsində Çinin müdafiə naziri Donq Jun ilə danışıqların aparılmasını təklif edib. Lakin Çin tərəfi ABŞ-ın Tayvanı dəstəkləməyə yönəlmiş hərəkətlərinə etiraz edərək, bu təklifi rədd edib.
Çinin imtinası Vaşinqtonun NASAMS hava hücumundan müdafiə sistemi və radar stansiyalarını təxminən 2 milyard dollara Tayvana satmaq qərarı ilə bağlıdır. ABŞ Dövlət Departamenti oktyabr ayında sazişi rəsmən təsdiqlədi və bu, Pekinin qəzəbinə səbəb oldu.
Kaira Agayeva
Finss.az