Siyasət

20 Noyabr

FT: Çin Tramp administrasiyası ilə ticarət qarşıdurmasına hazırlaşır

Çin hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında əsas vəzifələrə Çin əleyhinə baxışlı siyasətçilərin təyin olunmasından narahatlığını bildirib.

Finss.az xəbər verir ki, Financial Times-ın məlumatına görə, Pekin mümkün ticarət qarşıdurmasının qarşısını almaq üçün ABŞ-ın gələcək rəhbərliyi ilə dialoq qurmağa çalışır.

Çin Vaşinqtonla münasibətlərdə sabitliyə can atır və yeni ticarət müharibəsindən qaçmaq niyyətindədir. Bununla bağlı Pekin Trampın keçmiş komandasının 2016-2020-ci illərdə onun administrasiyasında çalışmış nümayəndələri ilə əlaqələri gücləndirir. Bununla belə, nəşrin qeyd etdiyi kimi, gələcək Tramp administrasiyası anti-Çin siyasətçilərindən, o cümlədən milli təhlükəsizlik üzrə köməkçi vəzifəsini icra edəcək nümayəndə Mayk Vals və dövlət katibi təyin olunacaq senator Marko Rubiodan formalaşıb.

Kaira Agayeva 

Finss.az