Siyasət

16 Noyabr

Yaponiyanın xarici işlər naziri Ukraynaya səfər edəcək

Yaponiyanın xarici işlər naziri Takesi İvaya Ukraynaya səfər edəcək.

Finss.az xəbər verir ki, İvayanın Ukraynaya səfəri bundan əvvəl elan edilməyib.

"Ukraynaya səfəri zamanı xarici işlər naziri şəxsən Yaponiyanın Ukraynaya qətiyyətlə dəstəyini və Rusiyaya qarşı sərt sanksiyaların təşviqinə davam etmək niyyətini bəyan edəcək", - nazirliyin məlumatında bildirilir.

Onun Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparacağı, tərəflərin geniş mövzuları müzakirə etməyi planlaşdırdığı vurğulanır.

Kaira Agayeva 

Finss.az