Almaniya kansleri Olaf Şolz təxminən iki ildən sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Finss.az xəbər verir ki, Almaniya kansleri söhbət zamanı Rusiyanı “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlara çağırıb.
Scholz həmçinin Almaniyanın Kiyevi “lazım olduğu müddətcə” dəstəkləməkdə “sarsılmaz qətiyyətini” açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya Federasiyasını isə nəzarət altına alınan ərazilərdən qoşunlarını çıxarmağa çağırıb.
Hebestreit bildirib ki, Scholz əvvəllər Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib və “Rusiya prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək”.
Kaira Agayeva
Finss.az